Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 15:54
Gürcüstan Baş Prokurorluğu bu ilin iyulunda 5 günlük axtarışlardan sonra avtomobilində ölü tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin işi ilə bağlı istintaqı başa çatdırdığını açıqlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Baş Prokurorluq istintaqın gedişi zamanı 600-dən çox adamın ifadəsinin alındığını və əldə edilən dəlillərin tutarlı və məntiqi təhlilinin birmənalı şəkildə T. Baçaliaşviliyə qarşı heç bir cinayətin törədilmədiyini və onun intihar etdiyini təsdiqlədiyini açıqlayıb.
Qeyd edək ki, Kvemo Poniçala sakini olan T. Baçaliaşvili bu il iyulun 23-də Tetritskaro meşəsində "Hyundai" markalı avtomobilində ölü tapılıb. Ailə üzvləri avqustun 30-da Gürcüstan Baş Prokurorluğunun binası qarşısında keçirdikləri aksiya zamanı qızlarının ölümünün Gürcüstanın 3 yüksək rütbəli rəsmi şəxsinin Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycanın əleyhinə silah tədarükü həyata keçirməsi ilə bağlı əldə etdiyi məxfi məlumatlarla əlaqədar olduğunu bildiriblər və Azərbaycanla Türkiyədən məsələnin araşdırılması üçün yardım istəyiblər. Ailə üzvləri həmin məlumatların T. Baçaliaşvilinin yoxa çıxan yaddaş cihazında olduğunu qeyd ediblər.