Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi qulluqçular və yaralılar arasında COVID-19-a yoluxma yoxdur - MN

Hərbi qulluqçular və yaralılar arasında COVID-19-a yoluxma yoxdur - MN

Tarix: 17 Dekabr 2020 18:10

Bakı. Samir Əli - Trend:

Müharibə dövründə və hazırda hərbi qulluqçular arasında COVİD-19 virusuna yoluxma halı qeydə alınmayıb.

Trend-in məlumatına görə, bunu Müdafiə NazirliyininTibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov deyib.

O bildirib ki, bununla bağlı Müdafiə Nazirliyi, TƏBİB və Səhiyyə Nazirliyi arasında sıx əməkdaşlıq olub:

"Görülən tədbirlər nəticəsində müharibə zamanı və hazırda hərbi qulluqçular arasında COVID-19 infeksiyasına yoluxma faizi sıfıra bərabərdir. Hazırda yaralılar arasında da yoluxma halı qeydə alınıb. Müdafiə nazirliyinin tibbi personalı yaralılara 24 saat faziləsiz xidmət edir".


Etiketlər:  Hərbi qulluqçular yaralılar arasında COVID yoluxma yoxdur


RƏYLƏR