Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 21:28
Bakı. Trend:
"Falkon" 9 raket daşıyıcısının satrtından əvvəl müəyyən edilmiş problemlər səbəbindən ABŞ Milli Kosmik Kəşfiyyat Agentliyinin (NRO) gizli "NROL-108" peykinin orbitə çıxarılması bir gün təxirə salındı.
Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə "Space X" operatoru məlumat verib.
Raketin buraxılışı cümə axşamı günü ABŞ-ın şərq sahili vaxtı ilə 09:45-də (18:45 GMT+4) Florida ştatındakı Kanaveral "LC-39A" kosmodromundan həyata keçirilməli idi. Son anda sensorlar maye oksigen bakında artan təzyiq qeyd etdilər. Şirkət problemi həll etmək üçün buraxələşə tərk etmək qərarına gəldi.
"NROL-108" peykinin məqsədi, orbiti, ölçüsü və digər xüsusiyyətləri barədə rəsmi məlumat bildirilməyib. Bu tip peyklərin missiyası və imkanları ciddi şəkildə gizli saxlanılır. Peykin kütləsi 7 tona çatır.