Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köhnə “Windows” versiyaları məcburi yenilənəcək

Köhnə “Windows” versiyaları məcburi yenilənəcək

Tarix: 17 Dekabr 2020 21:32

"Microsoft" korporasiyası istifadəçilərin istəyinə qarşı olaraq "Windows" əməliyyat sisteminin köhnə versiyalarını yeniləyəcək. Bu barədə "Windows Latest" nəşrinin korporasiyanın materiallarına istinadən məlumatında deyilir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "Microsoft" korporasiyası "Windows 10" əməliyyat sistemini 1909 və 2004 versiyalarınadək məcburi yeniləməyə başlayıb. Bir müddət əvvəl korporasiya tərəfindən sistemin 1903, "Windows 10 Home" və "10 Pro" versiyalarının dəstəklənməsi dayandırılıb. Jurnalistlərin sözlərinə görə, korporasiya tərəfindən yeniləmə dövrləri barədə iki ay əvvəl xəbərdarlıq edildiyindən bu, istifadəçilərin narahatlığına səbəb olmamalıdır. Bununla yanaşı, korporasiya nümayəndələri qeyd edib ki, əməliyyat sistemi bir sıra lisenziyalı nüsxə sahiblərinin istəyinin əleyhinə olaraq yenilənəcək. Onların sözlərinə görə, "Windows 10" sisteminin 1903 versiyasının istifadəçiləri 1909, 1909 versiyasının isə 2004 versiyasına keçiriləcək. Əməliyyat sisteminin yeniləməsi 2020-ci ilin sonunda başa çatacaq.
 
Nasazlıq və fasilələrin aradan qaldırılması məqsədilə kompüter sahiblərinə əməliyyat sistemini aktual versiyalaradək müstəqil yeniləmək tövsiyə olunur. Bunun üçün qurğuda "Windows yeniləmə mərkəzi"nə daxil olaraq aktual yeniləməni seçmək tələb olunur.
 
Nizam Nuriyev

Milli.Az


Etiketlər:  Köhnə Windows versiyaları məcburi yenilənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ