Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 10:03
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon ədəd tibbi maska təhvil verilib.
Trend-in məlumatına görə, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və TƏBİB-in tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva təhvil-təslim aktını imzalayıblar.
Bundan sonra da müvafiq tərəfdaşlara və yerli qurumlara tibbi maskaların paylanması davam edəcək.