Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malidə minanın partlaması nəticəsində 10 sülhməramlı xəsarət alıb

Malidə minanın partlaması nəticəsində 10 sülhməramlı xəsarət alıb

Tarix: 12 Iyul 2019 04:20

Bakı. Trend:

Malinin şimalında Malidə vəziyyətin sabitləşdirilməsi üzrə BMT çoxprofilli kompleks missiyasının (MINUSMA) avtomobili minaya düşüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə MINUSMA-nın "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "MINUSMA-nın avtomobillərindən biri Malinin şimalında əməliyyat zamanı əldəqayırma partlayıcı qurğu/minaya düşüb. İlkin məlumata əsasən, hadisə nəticəsində 4-ü ağır olmaqla 10 sülhməramlı xəsarət alıb".

Qeyd edək ki, MINUSMA missiyası Malidə təhlükəsizlik sahəsində xüsusi vəzifələri həyata keçirmək üçün 2013-cü ilin aprel ayında təsis edilib. 2018-ci ilin oktyabr ayında missiyanın sayı 15 min nəfəti ötüb.


Etiketlər:  Malidə minanın partlaması nəticəsində 10 sülhməramlı xəsarət alıb


RƏYLƏR