Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanadaya məxsus sərnişin təyyarəsi Honoluluda təcili eniş edib

Kanadaya məxsus sərnişin təyyarəsi Honoluluda təcili eniş edib

Tarix: 12 Iyul 2019 06:56

Bakı. Trend:

Kanadanın "Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honoluluda təcili eniş edib.

Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, Vankuver-Sidney reysini həyata keçirən Boeing 777-200 avialayneri 10 min metr yüksəklikdə turbulentlik zonasına düşməsi səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb.

Bildirilir ki, insident nəticəsində azı 35 sərnişin xəsarət alıb. Onlara təyyarə eniş etdikdən sonra tibbi yardım göstərilib. Ümumilikdə təyyarənin göyərtəsində 269 sərnişin və 15 heyət üzvü olub.


Etiketlər:  Kanadaya məxsus sərnişin təyyarəsi Honoluluda təcili eniş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ