Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq və status-kvonu saxlamaq üçün əlindən gələni edirdi

Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq və status-kvonu saxlamaq üçün əlindən gələni edirdi

Tarix: 18 Dekabr 2020 18:15

Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq və status-kvonu saxlamaq üçün əlindən gələni edirdi. Onlar işğal edilmiş ərazilərin qeyri-qanuni məskunlaşdırılması ilə fəal məşğul olurdular. Bu, Cenevrə konvensiyalarına görə hərbi cinayətdir. Beləliklə, Ermənistan rəhbərliyi 2019-cu ildən etibarən yeni taktikaya əl atmağa başladı. Əslində bu, danışıqlar prosesini pozmağa yönəlmiş imitasiyasından imtina demək idi.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Azərbaycan Prezidenti bu fikirlərin təsdiqi olaraq Ermənistanın keçmiş müdafiə nazirinin Amerika Birləşmiş Ştatlarında səfərdə olarkən səsləndirdiyi "Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır" bəyanatını xatırladıb. Qeyd edib ki, bu bəyanat əslində Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini tamamilə açıqlayır. Bu, istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından yolverilməzdir. Özü də bu bəyanat məhz ABŞ-da verilmişdi.

"Ermənistanın baş nazirinə gəldikdə isə, o, 2019-cu ildə işğal edilmiş ərazilərdə olarkən açıq demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Təbii ki, danışıqlar prosesinin pozulmasına yönəlmiş bu təxribatçı tezis cavabsız qala bilməzdi. Bunun cavabında mən dedim ki, "Qarabağ Azərbaycandır və nida işarəsi". Nəticədə kimin haqlı olduğunu tarix göstərdi. Özlüyündə Azərbaycana qarşı, təkcə ona qarşı yox ATƏT-in Minsk qrupuna qarşı bu nümayişkaranə təhdid, onların fəaliyyətinə hörmətsizlik onu göstərir ki, Ermənistan danışıqlar prosesini bilərəkdən və nümayişkaranə şəkildə pozurdu və əslində pozmuşdu. Ona görə ki, bu məntiqi əsas götürsək onun dediyi kimi əgər "Qarabağ Ermənistandır"sa, onda danışıqlar aparmağa mövzu yoxdur", - deyə dövlətimizin başçısı qeyd edib.


Etiketlər:  Prezident İlham Əliyev Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq status kvonu saxlamaq üçün əlindən gələni edirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ