Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dünyanın ən yaxşı məşqçisi deyiləm" - Klopp

Tarix: 18 Dekabr 2020 19:24

"Liverpul"un çalışdırıcısı Yurgen Klopp ilin ən yaxşı məşqçisi seçilməsi ilə bağlı danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında bu ada layiq görüləcəyini gözləmədiyini deyib:

"Hər kəsə minnətdaram. Mənə bir az təəccüblü gəldi, bunu gözləmirdim. Çünki Flik (Hans-Diter Flik, "Bavariya") bütün titulları qazanıb.

Şadam. Bu, mənim və məşqçi heyətimiz üçün xüsusi bir şeydir. Ancaq məndən "dünyanın ən yaxşı məşqçisisən?" deyə soruşsanız, "yox" cavabını verərəm. Mən dünyanın ən yaxşı məşqçilərinin əhatəsindəyəm".

Milli.Az


Etiketlər:  Dünyanın ən yaxşı məşqçisi deyiləm Klopp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ