Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 21:14
Başda İstanbul olmaqla Türkiyə ərazisində müşahidə olunan quraqlıqla bağlı yeni hesabat hazırlanıb. Bu hesabatda ölkənin bəzi bölgələrində meteoroloji quraqlığın hidroloji quraqlığa döndüyü, ölkə ərazisində yağan yağışın miqdarının ciddi dərəcədə azaldığı vurğulanır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hesabatda bu il hidroloji quraqlığın daha çox müşahidə olunduğu İstanbul, Ankara, İzmir, Çanaqqala bölgələrində son illərin ən isti hava rekordunun yeniləndiyi, yağıntı miqdarının isə Aralıq dənizi və Cənub-Şərqi Anadolu istisna olmaqla bütün bölgələrdə azaldığı bildirilir.
Misal üçün, İstanbulda bir il ərzində ortalama 107 yağışlı gün olur. Cari ildə isə bu rəqəm sentyabr-noyabr ayları ərzində 30-54 faiz azalaraq son 90 ilin ən quraq payızı yaşanıb.
Türkiyə ərazisində isə bu rəqəm təxminən 20 faiz azalıb.