Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 22:52
Bakı. Trend:
Şuşa şəhərinin ətrafında ərazilərin minalardan təmizlənməsi əməliyyatı zamanı partlayış baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.
Məlumatda deyilir: "Dekabrın 17-si Şuşa şəhərinin yaxınlığındakı avtomobil yolunun minalardan təmizlənməsi zamanı partlayış baş verib. Partlayış nəticəsində bir zabit ağır yaralanıb".
Bildirilir ki, hadisə yerində zabitə ilkin tibbi yardım göstərilib: "Yaralanan zabit hospitala aparılarkən vəfat edib".