Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sosial bağlar” layihəsi üzrə daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır (FOTO)

“Sosial bağlar” layihəsi üzrə daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır (FOTO)

Tarix: 19 Dekabr 2020 15:16

Bakı. İlhamə isabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi üzrə 11 rayonda daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır.

Nazirlikdən Trend-ə bildirilib ki, hazırda bağ təsərrüfatlarının salınması üçün seçilən sahələr köhnə bar verməyən ağaclardan, kötüklərdən, daşlardan təmizlənir. Həmçinin sahələr şumlanaraq əkin üçün hazırlanır, çəpərlənir, sahələrə su xətləri çəkilir, suvarma sistemləri qurulur, tinglər əkilir.

Layihə çərçivəsində müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik ümumilikdə 110 hektar torpaq sahəsinə 80 mindən çox müxtəlif məhsuldar meyvə tinglərinin əkilməsi nəzərdə tutulur. Sahələrdə müasir damla suvarma sistemlərinin qurulması da təmin olunacaq.

Layihə iştirakçılarına aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstəriləcək.
Qeyd edək ki, layihə çərçivəsində son iki ildə 375 aztəminatlı ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

“Sosial bağlar” layihəsi üzrə daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır (FOTO) - Gallery Image “Sosial bağlar” layihəsi üzrə daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır (FOTO) - Gallery Image


Etiketlər:  Sosial bağlar layihəsi üzrə daha aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ