Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus zamanı kök çayı için - RESEPT

Koronavirus zamanı kök çayı için - RESEPT

Tarix: 20 Dekabr 2020 20:51

Rusiyada orta əsrlərdə kökdən çay bütün əyalətlərdə hazırlanırdı.

Eləcə də Misir və bəzi Şərq ölkələrində də kök qurusundan çay hazırlanır.

Sonxeber.net kök çayının faydalarını təqdim edir.

- Ağciyər və bronxların istənilən xəstəliklərinin terapiyasında

- İmmun sistemi möhkəmlədir, virus infeksiyalarına qarşı qoruyur

- Bədəndən, qandan zəhərləri, toksinləri çıxarır

- Dərini təmizləyir, rəngini yaxşılaşdırır

- Görməni artırır

- Şəkər xəstələri üçün əvəzsizdir

- Saçları möhkəmləndirir

- Həzm sistemini qaydaya salır, qaz və körpə qarşıdır

- Prostatit xəstəliyində içilir

- Təzyiqi normallaşdırır

Hamilələrə olmaz.

Hazırlanması:

Kök nazik uzunsov sap kimi doğranılıb, qəzet sərilmiş məcməyidə qurudulur. Bir-birinə yapışmaması üçün tez -tez qarışdılır. Və ya sobada qurudulur.

Eləcə də siz təzə kökdən də çay dəmləyə bilərsiz.

Qurudulmuş kökdən 2 xörək qaşığı götürüb, üzərinə yarım litr qaynar su alınıb, çaydanda 40 dəqiqə dəmlənir. Sonra süzülüb gün ərzində az-az içilir. Çaya limon atmaq olar.

Viruslar mövsümündə gündə 1 stəkan yetərlidir. /medicina.az


Etiketlər:  Koronavirus zamanı kök çayı için RESEPT


RƏYLƏR