Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Aqil Məcidov - Qalib ordunun cəsur zabiti - VİDEO

Şəhid Aqil Məcidov - Qalib ordunun cəsur zabiti - VİDEO

Tarix: 21 Dekabr 2020 12:36

Arzusu torpaqlarımızı işğaldan azad etmək və həyatı boyu bu şanlı tarixdən ağız dolusu danışmaq idi leytenant Aqil Məcidovun...

Milli.Az xezerxeber.az-a isitnadən bildirir ki, Aqilin düşmənə nifrəti, vətənə sevgisi onu hərb sənətini seçməyə məcbur edib.

Arzusu və istəyi ilə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. Leytenant rütbəsi alan Aqilin növbəti istəyi düşmənlə üz-üzə xidmət etmək idi. Müharibənin başlayacağından xəbərsiz olan leytenant Aqil Məcidov hər gün sosial şəbəkələrdə "Əmr et torpaqlarımızı geri alaq, cənab Ali Baş Komandan" çağırışları edirmiş.

22 yaşlı şəhidimiz Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin birinci müdafiə xəttini yarıb, istehkamlarını məhv edib və ağır zərbələr endirib. Aqil arzu edirmiş ki, müddətli hərbi xidmətdə olan əkiz qardaşı Azadla çiyin-çiyinə döyüşsün. Sən demə çiyin-çiyinə olmasa da, eyni cəbhədə döyüşüblər. O, şəhid olmazdan əvvəl ailəsinə zəng edib, hər kəslə halallaşıb.

Anası Hicran Məcidova bildirir ki, övladı "ağlamayın, başınızı dik tutub, məğrur dayanın" dedi.

Leytenant Aqil Məcidov öz adını Vətən müharibəsi tarixinə silinməyəcək hərflərlə yazdı. Onun yoxluğu nə qədər ağır olsa da, bir o qədər də fəxr və qürur verir. Şəhidimiz doğulub boya -başa çatdığı Tovuz rayonunda dəfn edilib. Zabitimiz ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

Milli.Az


Etiketlər:  Şəhid Aqil Məcidov Qalib ordunun cəsur zabiti VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ