Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 15:24
Bakı. Samir Əli - Trend:
Göygöl rayonunda “KamAZ” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şabran rayonunda isə “Shacman” markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.