Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir COVİD-19 xəstəsi karantin postunda saxlanıldı

Daha bir COVİD-19 xəstəsi karantin postunda saxlanıldı

Tarix: 22 Dekabr 2020 11:30

Bakı. Samir Əli - Trend:

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, rayon ərazisində qurulan stasionar postda koronavirus pandemiyasına yoluxan Laçın rayon sakini M.Təhməzovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib.

M.Təhməzov polis əməkdaşlarının müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.

Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.


Etiketlər:  Daha bir COVİD 19 xəstəsi karantin postunda saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ