Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda bahalaşmaya görə “yanacaq qiyamı” başlayır

Ermənistanda bahalaşmaya görə “yanacaq qiyamı” başlayır

Tarix: 22 Dekabr 2020 14:48

Ermənistanda bu dəfə sürücülər arasında yeni bir qiyam başlayır. Belə ki, ölkədə yanacağın qiyməti sürətlə artır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bir neçə gündür ardıcıl olaraq ölkədə yanacaq - benzin, maye qaz və adi qaz qiymətləri durmadan bahalaşır.

Bildirilir ki, bu il ölkədə sıxılmış qazın qiymətində ikinci artım olub.

Bahalaşmanı dramın dollar qarşısında devalvasiyası ilə əlaqələndirirlər.

Son vaxtlar dolların məzənnəsi erməni valyutasına nisbətən təxminən 10 % artıb və bu vəziyyət yanacaq, xüsusən qazın maya dəyərinə təsirindən yan keçməyib.

Milli.Az


Etiketlər:  Ermənistanda bahalaşmaya görə yanacaq qiyamı başlayır


RƏYLƏR