Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Berlindən daha bir Türkiyə açıqlaması

Rəsmi Berlindən daha bir Türkiyə açıqlaması

Tarix: 22 Dekabr 2020 19:18

Almaniya xarici işlər naziri Hayko Maas Yunanıstanın Türkiyəyə qarşı sanksiya tələbini müsbət qiymətləndirməyib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Maas DPA alman xəbər agentliyinə açıqlamasında NATO üzvü olan ölkə üçün bu cür qərarların verilməsinin yanlış olduğunu qeyd edib:

"Türkiyəyə qarşı silah sanksiyası tələbini strateji cəhətdən doğru hesab etmirəm. Bu, NATO ortağı üçün asan deyil. NATO üzvü Türkiyə ABŞ-dan raket ala bilmədi, əksinə Rusiyadan asanlıqla əldə etdi".

Alman nazir Şərqi Aralıq dənizindəki qarşıdurmanın diplomatik yollarla həll ediləcəyinə dair ümidini hələ də itirmədiyini bildirib.


Etiketlər:  Rəsmi Berlindən daha Türkiyə açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ