Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda ilk dəfə siyasi partiya sədri onlayn səsvermə yolu ilə seçiləcək

Gürcüstanda ilk dəfə siyasi partiya sədri onlayn səsvermə yolu ilə seçiləcək

Tarix: 23 Dekabr 2020 01:32

Gürcüstanda ilk dəfə siyasi partiya sədri onlayn səsvermə yolu ilə seçiləcək. Səsverməyə dekabrın 21-də start verilib və proses dekabrın 25-i saat 21:00-dək davam edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın əsas ana müxalifət partiyası olan "Vahid Milli Hərəkat" (VMH) partiyası məlumat yayıb.

Bildirilir ki, 4 gün davam edəcək onlayn səsvermədə partiya üzvləri ilə yanaşı, siyasi tərəfdarlar da iştirak edə biləcəklər.

Bildirilib ki, Gürcüstanda partiya sədrinin elektron səsvermə yolu ilə seçilməsi ilk dəfədir və bu metod səsvermədə şəffaflığın təmin olunması, hesabatlılığın və vətəndaş iştirakının artırılması məqsədi daşıyır.

Partiyanın sədri vəzifəsinə iki nəfər - Nika Meliya və Levan Varşalomidzenin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, "Vahid Milli Hərəkat" partiyası 2001-ci ildə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfindən təsis olunub. M.Saakaşvilidən sonra VMHP-yə rəhbərlik edən Qriqol Vaşadze bu ilin dekabrın 15-də siyasi qurumun sədri vəzifəsindən istefa verib.


Etiketlər:  Gürcüstanda dəfə siyasi partiya sədri onlayn səsvermə yolu ilə seçiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ