Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 07:33
Bakı. Trend:
Meksikada Sakit okeanın şərq hissəsi sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 673 min əhalisi olan Akapulko şəhərindən 1015 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edilir ki, ərazi yüksək seysmik və vulkanik aktivlik ilə xarakterizə olunur.