Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa yoluxan Trend-in baş redaktorunun müalicəsi intensiv davam etdirilir

Koronavirusa yoluxan Trend-in baş redaktorunun müalicəsi intensiv davam etdirilir

Tarix: 23 Dekabr 2020 12:42

Bakı. Samir Əli - Trend:

Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun vəziyyəti stabil ağır olaraq qalır.

Bu barədə Trend-ə baş redkatorun müalicə olunduğu klinikadan məlumat verilib. Bildirilib ki, R. Hafizoğlu süni nəfəs aparatına qoşulub: "Vəziyyəti stabil ağır olaraq qalır, saturasiyası az olmaqda davam edir. Hazırda saturasiyası 60 faiz oksigenlə 91 faizdir. Bugün hərarəti olmayıb, təzyiqi normaldır. Əsas problem hazırda ciyərlərinin çalışmamasıdır. Müalicəsi intensiv davam etdirilir".

Xatırladaq ki, Rufiz Hafizoğlu bir-neçə gün əvvəl koronavirus infeksiyasına yoluxub. Vəziyyəti ağır olan baş redaktor "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.


Etiketlər:  Koronavirusa yoluxan Trend in baş redaktorunun müalicəsi intensiv davam etdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ