Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirib (FOTO)

Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirib (FOTO)

Tarix: 23 Dekabr 2020 14:00

Bakı. Trend:

Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin tələbələri üçün mühazirə keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Sofiya Universitetinin Azərbaycan Mədəniyyəti və Dil Mərkəzinin təşkil etdiyi görüş "Azərbaycan multikulturalizmi" kursunu keçən universitet tələbələrinin istəyi ilə baş tutub.

Trend-in məlumatına görə, "Azərbaycanın etnik müxtəlifliyi" mövzusuna həsr olunan mühazirəni Multikulturalizm Mərkəzinin tədris şöbəsinin müdiri, dosent İrina Kunina təqdim edib.

Mühazirə maraqlı müzakirələrlə davam edib. Tələbələr bu qədər müxtəlif millətin birgə yaşadığı Azərbaycan cəmiyyətinin birləşdirici gücünün nədən ibarət olması ilə maraqlanıblar. Mövzunun mənbə bazası ilə bağlı çoxsaylı suallar səslənib. Bəzi tələbələr Azərbaycanda yaşayan kiçik etnik qrupların tarixi, adət-ənənələri və adətləri haqqında daha çox məlumat əldə etmək istədiklərini bildiriblər. Bu maraq ilk növbədə “Azərbaycanın etnik müxtəlifliyi” mövzusunda tədqiqat işi yazmaq istəyi ilə əlaqələndirilib.

Xatırladaq ki, BBMM fəaliyyətə başladığı ilk dövrdən Azərbaycan multikulturalizmi modelinin təbliği, eləcə də xarici ölkə universitetlərində bir fənn kimi tədrisi layihəsini həyata keçirir. Hazırda dünyanın 20-dən artıq nüfüzlu universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur.

Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirib (FOTO) - Gallery Image Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirib (FOTO) - Gallery Image Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirib (FOTO) - Gallery Image


Etiketlər:  Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ