Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Televiziya kanalı etiraz olaraq iki gün müddətinə yayımını dayandırıb

Televiziya kanalı etiraz olaraq iki gün müddətinə yayımını dayandırıb

Tarix: 23 Dekabr 2020 20:46

Dünən saat 08:30-da İspaniyanın "Canal Sur" telekanalı yayımını dayandırıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həmin vaxt "El Gordo de Navidad" əsas Milad lotereyasının yayımı başlanmalı idi. Bunun əvəzinə tamaşaçılar tamamilə qara ekran görüblər.

Telekanalın əməkdaşları ikigünlük tətil barədə elan ediblər. Bu, dekabrın 22-23-də yayımın olmayacağı deməkdir. Tətilin maliyyələşmənin azaldılmasına etiraz olaraq elan edildiyi bildirilir.

Bundan öncə İspaniya dövlət orqanları ictimai televiziya üçün büdcə maliyyəsinin 14 milyon avro azaldıldığını təsdiqləyib.


Etiketlər:  Televiziya kanalı etiraz olaraq gün müddətinə yayımını dayandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ