Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 04:24
Bakı. Trend:
Ermənistan polisinin mətbuat xidmətinin sabiq rəhbəri Sayat Şırinyan Ermənistanın İstintaq Komitəsi tərəfindən saxlanılıb.
Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, S.Şırinyanın saxlanılmasına səbəb onun özünün "Facebook" səhifəsində yazdığı status olub.
Sabiq mətbuat xidmətinin rəhbəri "Facebook"dakı statusunda bildirib ki, etiraz aksiyasına rəhbərlik etsəydi, konkret addımlar atardı və "qan tökülməsinin qarşısını almaq olmazdı".