Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 15:34
Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdə iştirak edən 69 nəfəri saxlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "news.am" Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Səhər saatlarından etibarən aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymayaraq, paytaxt İrəvan şəhərinin mərkəzində yerləşən hökumət evinin girişini bağlayıblar. Belə olan halda isə polis əməkdaşları aksiya iştirakçılarına zor tətbiq edib, xəsarət alanların olduğu bildirilir.
Qeyd edək ki, aksiyanın təşkilatçısı Ermənistanın "Vətənin Xilası Naminə Hərəkatı"dır.