Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 13:28
Bakı. Fidan Babayeva - Trend:
İkinci Xəzər iqtisadi forumu 2021-ci il avqustun 11-12-də Moskvada keçiriləcək.
Trend bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə istinadən məlumat verir.
Forumun gündəliyində "Xəzər beşliyi" ölkələrinin iqtisadi-ticari əməkdaşlığının inkişafı, ekologiya, energetika, nəqliyyat, infrastruktur və humanitar sahələrdə əməkdaşlıq məsələləri yer alacaq.
Qeyd edək ki, Xəzər iqtisadi forumunun keçirilməsi barədə qərar 2018-ci ilin avqustunda Xəzəryanı ölkə rəhbərlərinin sammitində qəbul olunub. Birinci Xəzər iqtisadi forumu 2019-cu ilin avqustu 11-12-də Türkmənistanda keçirilib.