Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda bir qrup hüquqşünas Paşinyanın həbsi ilə bağlı baş prokurora müraciət edib

Ermənistanda bir qrup hüquqşünas Paşinyanın həbsi ilə bağlı baş prokurora müraciət edib

Tarix: 25 Dekabr 2020 14:40

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda bir qrup hüquqşünas ölkənin baş naziri Nikol Paşinyan barəsində cinayət işinin açılması ilə bağlı baş prokurora müraciət ünvanlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, müraciəti imzalayanlar N.Paşinyanın dövlətə xəyanət ittihamı ilə həbsini tələb edir.

Müraciət N.Paşinyanın Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası ilə əlaqədar açıqlamaları ilə bağlı edilib. Sənədi 20 hüquqşünas imzalayıb.

Qeyd edək ki, Ermənistanda noyabrın 10-dan etibarən Nikol Paşinyanın istefası ilə əlaqədar etiraz aksiyaları keçirilir.


Etiketlər:  Ermənistanda qrup hüquqşünas Paşinyanın həbsi ilə bağlı baş prokurora müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ