Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Deyir ki, İsveçdə 2 uşağın, burada 25 övladın var”

“Deyir ki, İsveçdə 2 uşağın, burada 25 övladın var”

Tarix: 25 Dekabr 2020 15:50

"Artıq İsveçdə yaşayan ailəmin yanında olmaq istəyirəm. Onlardan ötrü çox darıxıram".

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç deyib.

39 yaşlı futbolçu İtaliya mətbuatına açıqlamasında karyerasını bitirmək istədiyini etiraf edib: "Yorulmuşam, artıq çətinliklə dayanıram. Baş məşqçimiz Stefano Pioli mənə deyir ki, İsveçdə 2 uşağın, burada 25 övladın var, onlar sənə ehtiyac duyurlar. O, məni bu sözlərlə fikrimdən daşındırır".

Superulduzun əlavə edib ki, nə qədər istedadlı olursan-ol, mütləq çalışmalısan: "İstedad inkişaf etdirməklə faydalı olar. Hər zaman dayanmadan çalışmaq lazımdır. Fədakarlığı göz önünə gətirməli, hər gün saatlarla məşq etməlisən. Əks təqdirdə 90 dəqiqə ərzində gördüyün işin heç bir önəmi qalmaz".

Zlatan karyerasını nə zaman bitirəcəyi ilə bağlı məsələyə də toxunub. O, hələ də qərarını vermədiyini söyləyib: "Milan"da özümü evimdəki kimi hiss edirəm. Burada nə qədər qalacağımı bilmirəm, həyat davam edir. Bu barədə tək başıma qərar verəcək qədər böyük eqoya sahib deyiləm. Ailəm hər şeydən önəmlidir. İtaliyada İsveçdən çox yaşamışam, burada hər şeyi sevirəm".

Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən Zlatan İbrahimoviç bu mövsüm A seriyasında 10 qol, 1 assistlə yadda qalıb.


Etiketlər:  Deyir İsveçdə uşağın burada övladın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ