Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 16:08
Bakı. Ləman Zeynalova - Trend:
2020-ci ildə "Star" neft emalı zavodu 75 milyon barel neft emal etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu "SOCAR Turkey" şirkətinin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri Anar Məmmədov mətbuat konfransında deyib.
O bildirib ki, "Star" neft emalı zavodu 20-yə yaxın xam neft növünün emalı ilə məşğuldur:
"Biz, əsasən xam neftin ağır növlərinə üstünük veririk. Bizim üçün ən optimal növ İran neftidir. Amma hazırda müəyyən səbəblərdən biz İran neftini əldə edə bilmirik. Ona görə də alternativ növlərdən istifadə edirik".
Qeyd edək ki, "Star" neft emalı zavodunun açılışı 2018-ci ilin oktyabrında Türkiyənin İzmir vilayətində baş tutub. Zavodun illik emal gücü 10 milyon ton xam neftə bərabərdir.