Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 16:40
Cəlilabad və Şabran sakinlərindən qanunsuz silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, daxil olan məlumat əsasında Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də Uzuntəpə kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri S.Həsənov və E.Qurbanov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan "TOZ-12" və "TOZ-16" markalı ov tüfəngləri və 8 ədəd çöl quşu götürülüb.
Eyni zamanda Şabran rayonu, Əmirxanlı kəndi ərazisində isə qanunsuz ov edən kənd sakini R.Məmmədov saxlanılıb.
Ondan "MR-155" markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.