Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da mikoavtobus partladıldı: ölənlər və yaralananlar var - Aviauçuşlar dayandırıldı - VİDEO

ABŞ-da mikoavtobus partladıldı: ölənlər və yaralananlar var - Aviauçuşlar dayandırıldı - VİDEO

Tarix: 26 Dekabr 2020 09:52

ABŞ-ın Tennesi ştatında Naşville şəhərində partladılan avtomobil mikroavtobus olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanları əməkdaşları hadisə yeri yaxınlığında insan qalıqları tapıblar. 

Qeyd edək ki, hadisə baş verən zaman yerli polis ilkin olaraq, mikroavtobusun içərisində kiminsənin olub-olması barədə məlumata malik olmadıqlarını açıqlamışdı.

Polis partlayışın qəsdən törədildiyini deyib: "Partlayışın qəsdən törədildiyini düşünürük. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb, ətrafdakı onlarla binaya ziyan dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kritik deyil. Avtomobilin içərisində kiminsə olub-olmadığını bilmirik".

Hadisə ilə bağlı istintaqın yerli polis də daxil olmaqla Federal Təhqiqat Bürosu (FTB) tərəfindən aparıldığı bildirilib.

Partlayış nəticəsində üç nəfər xəstəxanalıq olub. "Qafqazinfo" bildirir ki, bu barədə "NBC" telekanalı xəbər verib.

"Görünür, bu, qəsdən edilib. Hüquq-mühafizə orqanları şəhərin mərkəzindəki küçələri bağlayır, istintaq davam edir", - yerli polisdən bildirilib.

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp və seçilmiş Prezidenti Cozef Bayden hadisə barədə məlumatlandırılıblar.

Hadisədən sonra Neşvillin beynəlxalq aeroportundan uçuşlar dayandırılıb.

Milli.Az


Etiketlər:  ABŞ mikoavtobus partladıldı ölənlər yaralananlar Aviauçuşlar dayandırıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ