Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fənərbaxça”nın 3 futbolçusunda koronavirus aşkarlanıb

“Fənərbaxça”nın 3 futbolçusunda koronavirus aşkarlanıb

Tarix: 26 Dekabr 2020 22:40

Türkiyənin "Fənərbaxça" klubu koronavirus testinin nəticələrini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "sarı-lacivərdlilər"də 3 nəfərin testi pozitiv çıxıb.

Məşqçi korpusu, futbolçu heyəti və klub işçilərindən götürülən testin nəticəsinə əsasən, 3 futbolçunun virusa yoluxduğu aşkarlanıb. Adları açıqlanmayan həmin oyunçular artıq təcrid olunublar.

Qeyd edək ki, "Fənərbaxça" bu gün start verilən Super Liqanın XV turunda istirahət edəcək.

Milli.Az


Etiketlər:  Fənərbaxçanın futbolçusunda koronavirus aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ