Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 22:48
"Liverpul"un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd Salahın komandadan ayrılması üçün səbəb görmədiyini deyib.
Bu barədə Goal.com saytı məlumat yayıb.
"Biz hamımız istəsək, yeni nəsə axtara bilərik, amma mənim üçün "Liverpul"dan ayrılmağın yeganə səbəbi pis hava şəraiti ola bilər. Başqa hansı səbəblər var? Bu, dünyanın ən güclü klublarından biridir. Onlara dünyada hamıdan çox olmasa da, amma yaxşı pul ödəyirik, inanılmaz azarkeşlərimiz, möhtəşəm stadionumuz var. Rəngimiz ən yaxşı rəng olan qırmızıdır. Başqa hansı səbəb ola bilər?", - deyə almaniyalı mütəxəssis qeyd edib.
Y.Klopp əlavə edib ki, əgər kimsə klubu tərk etmək istəyirsə onu zorla saxlamaq olmaz:
"Bir futbolçu getmək istəyirsə, biz onun yolunda durmayacağıq", - deyə "mersisaydlılar"ın baş məşqçisi bildirib.