Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Lufthansa" beynəlxalq reyslərdə koronavirus testlərini tətbiq edəcəklərini istisna etmir

Tarix: 28 Dekabr 2020 08:08

Bakı. Trend:

Avropanın ən böyük aviadaşıyıcısı olan "Lufthansa" şirkətinin başçısı Karsten Şpor bundan sonra beynəlxalq reyslərin sərnişinlərindən koronavirus testindən keçmə və ya peyvəndləşmə sertifikatının göstərilməsini tələb ediləcəyini istisna etmir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Şpor "Velt am Sonntaq" qəzetinə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, əvvəlcə şirkət sərnişinlərdən təcili testlərdən keçməli olduqları uçuşların sayını artırmağı planlaşdırır. "İkinci mərhələdə test və ya peyvəndləşmə sertifikatı arasında seçim etmək lazım ola bilər" - "Lufthansa" rəhbəri bildirib.

Eyni zamanda, konsernin Avstraliyanın "Quantas" aviaşirkəti kimi müştərilərdən yalnız peyvəndləşmə sertifikatını tələb edəcəyinin planlaşdırmadığını qeyd edib.

Şpor pandemiya ilə əlaqəli maddi çətinliklər səbəbindən aviaşirkəti təxminən 29 min işçinin tərk etdiyini təsdiqləyib. Buna baxmayaraq "Lufthansa" rəhbərliyi "Austrian Airlines" kimi törəmə şirkətlərini satmağı planlaşdırmır.


Etiketlər:  Lufthansa beynəlxalq reyslərdə koronavirus testlərini tətbiq edəcəklərini istisna etmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ