Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 09:30
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin işsiz günləri qısa çəkəcək.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu yaxınlarda "Dənizlispor"dan ayrılan xorvatiyalı mütəxəssis yenidən yığmada çalışmağa yaxındır.
Prosineçkinin Şimali Makedoniya millisinin sükanı arxasına keçməsi gözlənilir. İqor Angelovskinin gedişindən sonra baş məşqçi axtarışlarını davam etdirən makedoniyalılar üçün Prosineçki prioritet hədəfdir. Tərəflər arasında danışıqlar artıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.