Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 10:52
Dünyada sürətlə yayılan koronavirus səbəbi ilə mühüm hesab edilməyən bütün cərrahi əməliyyatlar təxirə salınıb. Buna baxmayaraq, türkiyəli model Özge Ulusoy yenə də plastik əməliyyat etdirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, model əməliyyat masasına yataraq burun əməliyyatı etdirib.
37 yaşlı Özge plastik əməliyyatı hamıdan gizlətməyə çalışıb. O, həkimini bu haqda heç bir yerdə danışmaması üçün tənbeh edib.
Qeyd edək ki, bir müddət əvvəl verilişlərdən birinə qonaq olan Ulusoy plastik əməliyyat etdirmədiyini sadəcə dodaq dolğusu istifadə etdiyini deyib.