Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan açıq şəkildə Azərbaycan torpaqlarının işğalını etiraf etdi

Paşinyan açıq şəkildə Azərbaycan torpaqlarının işğalını etiraf etdi

Tarix: 28 Dekabr 2020 13:48

Erməni qoşunları nəzarət etdikləri ərazinin KTMT-nin məsuliyyət zonası ilə üst-üstə düşməsi üçün "Sovet Ermənistanının sərhədinə çəkildi".

Sonxeber.net erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

O, azərbaycanlıların Ermənistan Respublikası ərazisinə girmədiklərini, yalnız sərhədlərinə yaxınlaşdıqlarını bildirib.

Paşinyan müsahibə zamanı, həmçinin qeyd edib ki, erməni qoşunları Laçın rayonunun kiçik hissələrini, Zəngilan və Qubadlı rayonlarının bir hissəsini əlində saxlayırdı. Paşinyan etiraf edib ki, bu ərazilər saxlanılmağa davam ediləcəkdisə, "Ermənistanın xarici bir ərazini işğal etdiyi sualı ortaya çıxa bilərdi" və müharibə Ermənistanın öz ərazisinə keçə bilərdi.

Aslan Məmmədov


Etiketlər:  Paşinyan açıq şəkildə Azərbaycan torpaqlarının işğalını etiraf etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ