Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə saxta spirtli içkidən daha bir nəfər zəhərlənib

Türkiyədə saxta spirtli içkidən daha bir nəfər zəhərlənib

Tarix: 14 Iyul 2019 09:36

Bakı. Trend:

Türkiyənin Adana vilayətində saxta spirtli içkidən daha bir nəfər zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Ceyhan rayonunda baş verib.

Rayon polis bölməsinin əməkdaşları tərəfindən saxta spirtli içki satmaqda şübhəli bilinən dörd nəfər saxlanılıb.

Saxta spirtli içkidən zəhərlənmiş üç nəfər müalicə almağa davam edir.

Qeyd edək ki, ötən həftə Mersin vilayətində saxta spirtli içkidən 16 nəfər zəhərlənmişdi, onlardan 10-nu dünyasını dəyişib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyədə saxta spirtli içkidən daha nəfər zəhərlənib


RƏYLƏR