Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2019 13:20
İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mihayloviç ağır xəstəliyə tutulub.
Qol.az xəbər verir ki, 50 yaşlı serbiyalı mütəxəssisdə qan xərçəngi aşkarlanıb. O, bunu ötən gün təşkil olunan xüsusi mətbuat konfransında açıqlayıb. O, xəstəliyə qalib gələcəyinə inandığını bildirib:
“Məni uzun və çətin müalicə gözləyir. Amma təslim olmayacam və bu mübarizədən qalib ayrılacağıma inanıram. Bunu öz ailəm, mənə inananlar üçün edəcəm. Son günlərdə təxminən 600-700 dəstək məktubu almışam. Amma onları cavablandırmaq imkanım olmayıb. Bu günlər ərzində öz-özümlə qalmaq istədim və xeyli düşündüm. Bunu etiraf etməkdən utanmıram ki, ağladım. Məni çətin mübarizə gözləyir, amma bunu qəbul etməyə hazıram”.
Mihayloviçin xəstəliyə baxmayaq, baş məşqçi kimi işini davam etdirəcəyi açıqlanıb. Onun “Bolonya” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.