Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 17:34
"Real"ın sabiq baş məşqçisi Santyaqo Solarinin yeni iş yeri bəlli olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ispan mütəxəssis "Klub Amerika"nı çalışdıracaq. Bu barədə Meksika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Solari, 2018-ci ilin noyabrından 2019-cu ilin martına qədər "Real"ı çalışdırıb.