Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 06:30
İtaliya 2-ci Liqasının B Seriyasındakı komandalardan biri olan "Monza"nın prezidenti Adriano Qalliani Mario Balotelli haqqında danışıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, o, mətbuata verdiyi açıqlamasında Balotellinin əvvəlki halına qayıtdığını deyib.
"Balotellinin zamana ehtiyacı var. Mart ayından bəri heç bir rəsmi matçda oynamayıb. Ancaq çox çalışır və arıqlayır. Son 20 gündə 5 kilo arıqlayıb, hələ də bədəninin yağ faizini azaltmağa çalışır. Mario əvvəlki formunu qazanır",- deyə prezident bildirib.
İtalyan ulduzunun dünya səviyyəli bir oyunçu olduğunu söyləyən Qalliani "Onu sadəcə məşqlərdə izləyərək dünya səviyyəsində bir oyunçu olduğunu və karyerasında daha çox şey etməli olduğunu deyə bilərəm. Çox təəssüf ki, illərdir ondan gözlənilən partlayışı edə bilməyib",- deyə əlavə edib.