Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2021 09:22
Türkiyənin İzmir vilayətində zəlzələ baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, vilayətin Urla rayonunda qeydə alınan zəlzələ 4 bal gücündə olub.
Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin (AFAD) Twitter hesabında paylaşılan məlumatda bildirilib ki, bu gün yerli vaxtla saat 05.25-də Egey dənizinin Urla sahilində baş verən zəlzələ 6.84 km dərinlikdə qeydə alınıb: "Keçmiş olsun İzmir. İndiyədək dağıntı və insan tələfatı barədə məlumat daxil olmayıb".
Qeyd edək ki, ötən il oktyabrın 30-da İzmirdə baş verən 6.6 bal gücündə zəlzələ nəticəsində 100-dən çox insan ölüb.