Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stressi azaldan 5 möcüzəvi bitki

Stressi azaldan 5 möcüzəvi bitki

Tarix: 4 Yanvar 2021 05:33

Stressli günün ardından içilən bitki çayları bizi biraz da olsa rahatladır.

Milli.Az stressi azaldan 5 bitkini təqdim edir:

Çobanyastığı

Bu bitki şişkinlik və həzmsizlik çəkənlər üçün çox faydalıdır. Özünüzü gərgin, yuxusuz və yorğun hiss etdiyiniz zaman çobanyastığı çayından istifadə edə bilərsiniz.

Lavanda

Lavandanı qoxulamağın belə rahatlıq verdiyini bilirsinizmi? Tərkibi çox aromalı olduğu üçün az miqdarda istifadə etməyiniz və ya hazırladığınız çobanyastığı yaxud limon otu çayınızın içinə kiçik bir yarpaq əlavə edə bilərsiniz.

Limon otu

Bu bitkidən Avstraliyada həzm, öd kisəsi, qaraciyərlə bağlı problemlərin müalicə və simptomlarının yüngülləşdirilməsində istifadə edilir.

Adi dazı

Sarı çiçəkləri olan bu bitki stress və yorğunluq çəkənlərin istifadə etdiyi, bir növ dərmansız müalicə şəklidir. Tərkibindəki hyperisin adlanan maddə xoşbəxtlik hormonunu yaradır, depressiyada olan insanları rahatladır. Stressi azaldaraq, mensturasiya ağrılarına qarşı da effektlidir. Amma dərman qəbul edənlərin həkim nəzarəti ilə içməsi məsləhətlidir. Çox içilməsinə görə, əks təsirləri (baş fırlanması, mədə bulantısı və yorğunluq hissi) ola bilər.

Dərman pişikotu

Latınca adı "Valeriana officinalis" olan pişikotunun tərkibində yüzdən çox aktiv maddə vardır. Bu maddələrin insanı sakitləşdirməsi, yuxu problemi yaşayanlara təsirli olması araşdırmalarda sübut edilmişdir. /medicina.az

Milli.Az


Etiketlər:  Stressi azaldan 5 möcüzəvi bitki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ