Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 12:48
Erməni şahmatçı Levon Aronyan "Airthings Masters" onlayn turnirində ikinci yeri tutmasına münasibət bildirib.
Sonxeber.net qazet.az-a istinadla xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində paylaşım edib:
"Yaxşı bir yarış oldu, "Ponchik" (öz itinə xitab edir - red.). Növbəti dəfə qalib gələcəyik, söz verirəm. Dəstəyiniz üçün təşəkkür edirəm", - paylaşımda qeyd edilib.
Xatırladaq ki, finalın iki turunda da erməni qrossmeyster azərbaycanlı Teymur Rəcəbova məğlub olub.