Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 23:22
Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yeni limanın tikintisi üçün ərazi seçilib.
Sonxeber.net xəbər verir ki, liman tikintisi üçün Egey dənizi sahilindəki antik Kime şəhərinin ərazisi müəyyənləşdirilib. Bir müddət əvvəl tarixi əhəmiyyəti 1-ci dərəcədən 3-cü dərəcəyə endirilən və eradan əvvəl 11-ci əsrə aid olan Kime şəhərinin böyük hissəsi liman tikintisindən sonra mövcud olmayacaq.
Bildirilir ki, Kime şəhəri 11 şəhəri özündə birləşirən sahil zolağına məxsus olub və 3 min il əvvəl Balkan yarımadasından köçmüş şəxslər tərəfindən salınıb. Bura həm də, antik sikkələrin basılan ilk antik şəhərlərdən olub. (publika.az)