Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zirehli maşınla düşmənə dağ çəkən gizir - Şəhid Səbuhi Əliyev 3 medalla təltif edilib - VİDEO

Zirehli maşınla düşmənə dağ çəkən gizir - Şəhid Səbuhi Əliyev 3 medalla təltif edilib - VİDEO

Tarix: 5 Yanvar 2021 10:51

İkinci Qarabağ müharibəsində şücaət göstərmiş hərbçilərimizdən biri də Səbuhi Əliyev olub. O, acdığı atəşlə düşmən mövqelərini darmadağın edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Səbuhi Əliyev 1983- çi ildə Beyləqan rayonunun Əlinzərli kəndində anadan olub.

2008- ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan ordusunda xidmətə başlayıb. Təlim-tədris mərkəzində kurs keçdikdən sonra gizir rütbəsində xidmətini davam etdirib. 13 illik xidməti dövründə top və zirehli döyüş maşını komandiri olub.

Vətən müharibəsində Ermənistan ordusuna məxsus zirehli texnikaları və canlı qüvvəni dəqiq atəşlə məhv edib. O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Onun ailə üzvləri və yaxınları qəhrəman ilə fəxr edirlər.

Səbuhi Əliyev ölümündən sonra ''Vətən uğrunda'' , ''İgidliyə görə'' və '' Füzulinin azad olunmasına görə'' medalları ilə təltif edilib.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

Milli.Az


Etiketlər:  Zirehli maşınla düşmənə dağ çəkən gizir Şəhid Səbuhi Əliyev 3 medalla təltif edilib VİDEO


RƏYLƏR