Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun yeni ştammının ölkəmizə gəlmə təhlükəsi yoxdur - AÇIQLAMA - VİDEO

Koronavirusun yeni ştammının ölkəmizə gəlmə təhlükəsi yoxdur - AÇIQLAMA - VİDEO

Tarix: 5 Yanvar 2021 13:30

Koronavirusun müəyyən edilmiş yeni ştammının ölkəmizə gəlmə təhlükəsi hələ ki, yoxdur.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bunu həkim-infeksionist Sədrəddin Atakişiyev deyib.

O bildirib ki, son günlər koronavirusun yeni ştammının təhlükəsi insanları narahat edir. Bir sıra ölkələrdə virusun mutasiyaya uğramış yeni forması aşkar olunsa da, hələ ölkəmizdə rast gəlinməyib. Xarici ölkələrdən respublikamıza gələn hər bir şəxs koronavirusun bütün ştammlarına qarşı tam müayinədən keçirilir.

Həkim-infeksionist insanları təşvişə düşməməyə çağırıb, profilaktik tədbirlərin vacibliyini vurğulayıb.

Qeyd edək ki, koronavirusun yeni variantına ilk dəfə Böyük Britaniyada rast gəlinib.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomaterialı təqdim edir:


Etiketlər:  Koronavirusun yeni ştammının ölkəmizə gəlmə təhlükəsi yoxdur AÇIQLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ