Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 15:04
Bakı. Samir Əli - Trend:
Bizə dəhşətli işgəncələr verirdilər.
Trend-in məlumatına görə, bunu erməni əsirliyindən qaytarılan Azərbaycan Ordusunun giziri Ömər Ələkbərov deyib. O bildirib ki, ermənilər yaralı əsgərlərin yarasını sıxıb onlara işgəncələr veriblər: "Mən ayağımdan yaralanmışdım. Məni müalicə etmək əvəzinə ermənilər barmağını yarama basıb sümüyə qədər sıxırdılar. Erməni tibb bacıları iynə vuranda iynəni 15-20 dəfə dəriyə salıb çıxarırdı. İynəni dərinin altına yeridirdilər, əzələyə vurmurdular. Mən qışqıranda tibb bacıları gülürdü, bizə əzab verməkdən həzz alırdılar. Xəstəxanada yemək vermirdilər, ancaq su verirdilər ki, ölməyək. İynə ilə sinirlərimizə toxunurdular, özləri bizim bu əzabımıza gülürdülər.
Beynəlxalq Qırmızı Xaç Komitəsi bizimlə görüşdü, maraqlandı. Amma bu işgəncələri onlara demirdim ki, sonra ermənilər nəsə edərlər".