Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 16:00
Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycanda koronavirusa yoluxanların 52 faizi Bakı şəhərinin payına düşür.
Trend-in məlumatına görə, ölkə üzrə ikinci ən çox yoluxma Aran zonasındadır. Bu ərazidə yoluxma 13.4 faizə çıxıb. Abşeron rayonu yoluxmaya görə 12,9 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 8,2 faiz yoluxma ilə 4-cü yerdədir. 3,0 faiz yoluxma Quba-Xaçmaz, 3,1 Şəki- Zaqatala rayonları, 2,9 faizi Lənkəran rayonu, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,5 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,004 faiz qeydə alınıb.
Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında olub. Belə ki, paytaxt üzrə yoluxanların 15,0 faizi Binəqədi, 13,1 faizi isə Xətai, 12,2 faizi Yasamal rayonunun payına düşür. Yoluxma hallarının 10,7 faizi Sabunçu, 7,9 faizi isə Nəsimi və Narimanov rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,0 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5,0 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.
Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.