Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirir (FOTO)

Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirir (FOTO)

Tarix: 5 Yanvar 2021 18:03

Bakı. Trend:

Ukraynanın Boris Qrinçenko adına Kiyev Universitetinin jurnalistika və yeni media və nəşriyyat işi fakültələrinin tələbələri üçün mühazirə keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Mərkəzin təşkil etdiyi mühazirə "Azərbaycan multikulturalizmi" kursunu keçən universitet tələbələrinin istəyi ilə baş tutub. "Azərbaycanın etnik müxtəlifliyi" mövzusuna həsr olunan mühazirəni Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tədris şöbəsinin müdiri, dosent İrina Kunina təqdim edib. Mühazirə maraqlı müzakirələrlə davam edib. Tələbələr müxtəlif millətlərin birgə yaşadığı Azərbaycan cəmiyyətində birləşdirici gücün nədən ibarət olması ilə bağlı çoxsaylı suallar səsləndirib. Onlar Azərbaycanda yaşayan etnik qrupların tarixi, adət-ənənələri və adətləri haqqında daha çox maraqlanıblar.

Xatırladaq ki, BBMM fəaliyyətə başladığı ilk dövrdən Azərbaycan multikulturalizmi modelinin təbliği, eləcə də xarici ölkə universitetlərində bir fənn kimi tədrisi layihəsini həyata keçirir. Hazırda dünyanın 20-dən artıq nüfüzlu universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur.

Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirir (FOTO) - Gallery Image Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirir (FOTO) - Gallery Image


Etiketlər:  Multikulturalizm Mərkəzi xarici tələbələr üçün mühazirə keçirir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ